“Azərbaycan bölgədə vəziyyətin ağasıdır”- Erməni politoloq

"Ermənistan beynəlxalq aləmdə suveren dövlət kimi görünmür"

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni politoloq Ayk Martirosyan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin regiona səfərini və Bakıdakı çıxışını şərh edərkən deyib.

O bildirib ki, İran üçün Ermənistan ümidsiz bir cəsəddir, Azərbaycan isə əsl oyunçudur və İran onunla həqiqi dostluq haqqında düşünür.

“Azərbaycan fərqli bir reallığın sahibi olduğundan, sabah Mehri hesabına böyüyəcək. İranla sərhədin sahibi də Azərbaycandır, bölgədəki vəziyyətin ağası da. O Azərbaycan ki, güclü Türkiyənin tərəfdaşıdır. Rusiyanın hörmət qoyduğu müttəfiq, həmçinin İranın düşməni olan İsrailin də müttəfiqidir. O, İsraillə İran arasında körpünün açarı sayılır. Bəs Ermənistan kimdir? Ermənistan - Lilit Makunçdur (Bu günlərdə ABŞ-a səfir təyin edilən qeyri-peşəkar diplomat-red), Nikol Paşinyan, bir də Ara Ayvazyandır. Ermənistan mövcud deyil. Ermənistan artıq yoxdur!” , - deyə erməni politoloq vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: