Ermənistanda hökumət binasının qarşısında polis əməkdaşları ilə baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında qarşıdurma yaşanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir qrup etirazçı hökumət binasına girməyə cəhd edib. Polis əməkdaşları aksiya iştirakçılarının qarşısını alıb. Tərəflər arasında toqquşma baş verib. Nəticədə etirazçılardan bəziləri saxlanılıb.
Artıq aksiya başa çatıb. İlkin məlumatda 26 nəfərin saxlanıldığı bildirilib.