Nigeriyada qaçırılan “MV Mozart” gəmisinin 15 türk heyət üzvünün vəziyyəti yaxşıdır. Yaxın zamanlarda yaxşı xəbərlər verəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
“Boden Denizçilik” şirkəti ilə bu barədə danışıqların aparıldığını deyən nazir bildirib: “Gəmidə üç heyət üzvü var idi. Yeni heyət dünən bölgəyə çatıb. Gəmidəki üç nəfər də bu gün “Türk Hava Yolları”nın təyyarəsi ilə Türkiyəyə gətiriləcək. Təəssüf ki, hadisə zamanı bir azərbaycanlı qardaşımız öldürülüb”.