“MV Mozart” gəmisində qalan üç heyət üzvü Türkiyəyə gətirilib

A- A A+

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “MV Mozart” gəmisinin üç heyət üzvü “Türk Hava Yolları”na məxsus təyyarə ilə İstanbula gətiriliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hücum nəticəsində qaçırılan 15 heyət üzvü ilə bağlı dəniz quldurları ilə əlaqə qurulub.

Bu barədə məlumat verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Boden Denizçilik” şirkəti ilə danışıqların aparıldığını, yeni heyətin bölgəyə çatdığını bildirib.

Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin mühəndisi həmyerlimiz Fərman İsmayılov qətlə yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: