Türkiyənin şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. Güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Ağrı- Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.