Ermənistanda müxalifətçi ovu - hədəfdə Vazgendir...

A- A A+

"Son günlər öz gücünü nümayiş etdirməyə çalışan Nikol hakimiyyəti yenidən siyasi rəqiblərini təqib etməyə başlayıb. Belə ki, bu dəfə Paşinyanın rəhbəri olduğu hakimiyyətin hədəfində onun baş nazir postuna keçməyə hazırlaşan Vazgen Manukyandır".

NUHÇIXAN İnformasiya Agentliyi bu fikirləri erməni mətbuatına istinad edərək bildirir.

Beləliklə, bu gün hökumətin ölkə daxilində düşmən ovuna çıxdığını diqqətə çatdıran erməni mətbuatı bunu hazırkı erməni səlahiyyətlilərinin xəstə və gücsüzlüyünə dəlalət etdiyini istisna etmir. Məsələn, bəzi erməni saytları hökumətin bu addımının uzun deyil, çox qısa vaxtda heç bir effekt vermədən tənəzzülə uğrayacağını iddia edirlər. Əslində, bu fikirləri həmin mediaların subyektiv fikirləri kimi də qəbul etmək olar. Çünki belə görünür ki, Nikol da hakimiyyətdən elə-belə getmək niyyətində deyil. Buna əsas kimi, onun artıq qabaqlayıcı addımlara start verdiyini göstərmək olar.

Maraqlıdır, görəsən, bu gün Paşinyan hökuməti Vazgen Manukyanı nədə ittiham etməyə çalışır?

"Biz Nikol Paşinyanı qovmaq istəyirik. Buna konstitusiya yolu ilə nail ola bilməyəcək, bu halda üsyan edəcəyik. Bu xalqın təbii haqqıdır". Qeyd edək ki, bu fikirləri bir müddət bundan əvvəl Vazgen Manukyan bildirib. Əslində, bu deyilənlər Nikola meydan oxumaqdır və təbii ki, Paşinyan bunu qəbul etmək niyyətində deyil.

Yeri gəlmişkən bildirək ki, bu gün dünyada qəbul edilmiş "demokratik standart"ın təməlində dayanan Amerikanın İstiqlal Bəyannaməsində hökumətə qarşı heç bir şəkildə zorakı hərəkətə çağırış yoxdur.

Amma bu yaxınlarda Manukyanın müharibənin bitməsindən iki həftə əvvəl Qarabağdakı erməni generallara zəng açaraq, onları Paşinyan və onun kuklası olan Arayik Arutyunyanın əmrlərinə tabe olmamaq barədə çağırış etməsinin faş olması, Nikolun Vazgenə qarşı "tədbirlər planı" hazırlamasına rəvac verib. Deyilənlərə görə, belə görünür ki, Paşinyan artıq Manukyanı bağışlamaq niyyətində deyil(?).

Məhz buna görə də, artıq qabaqlayıcı tədbirlərə start verən baş nazir bu istiqamətdəki fəaliyyətini davam etdirməkdədir. Məsələn, müharibənin bitməsində üç ay keçməsinə baxmayaraq, bu gün də Ermənistanda hərbi vəziyyət qüvvədədir və belə görünür ki, Paşinyan bunu yaxınlarda ləğv etmək niyyətində deyil.

Bundan əlavə, hərbi vəziyyət rejimini müxtəlif bəhanələrlə qorumağa çalışan Nikol özü üçün daha az vacib olmayan digər vəzifələri həll etməkdədir. Belə ki, o erkən parlament seçkiləri öncəsi Araqatsotn, Ararat, Armavir, Lori, Kotayk və Şirak əyalətlərində öz nümayəndələrini yerləşdirərək, əvvəlki etibarsız nümayəndələrdən xilas olub. Təbii ki, yaxınlarda Paşinyana sədaqətlilərin yeni təyinatlar alacağı da şübhə doğurmur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: