Türkiyədə sürücüsüz elektrik avtobusu təqdim edilib

A- A A+

Türkiyədə ilk elektrik mühərrikli, sürücüsüz idarə olunan sərnişin avtobusunun təqdimatı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimatda iştirak edib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin “Twitter” sosial şəbəkə hesabından videoməlumat yayılıb.

Prezident Administrasiyasının ərazisində keçirilən təqdimatda dövlət başçısına məlumat verilib ki, sürücüsüz idarə olunan sərnişin avtobusu tam şəkildə Türkiyə mühəndisləri tərəfindən istehsal olunmuş müasir nəqliyyat vasitəsidir.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hökumətin bugünkü iclasına, türk mühəndisləri tərəfindən dünyada ilk kütləvi istehsalı gerçəkləşən “Atak elektrik” dördüncü nəsil sürücüsüz elektrik avtobusu ilə gedirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: