Türkiyədə hökm sürən yağıntılı hava şəraiti sel və daşqınlara səbəb olub

A- A A+

Türkiyə ərazisində yağan leysan yağışları ölkənin İzmir vilayətinin mərkəzi də daxil olmaqla bir neçə rayonunda sel və daşqınlara səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı İzmir Böyükşəhər Bələdiyyəsindən açıqlama verilib.

Bildirilib ki, son 24 saat ərzində şəhərə düşən yağıntının miqdarı 126 millimetr təşkil edib. Şəhərə düşən illik yağıntı norması 717 millimetrdir. Bu, son 30 ilin ən yüksək göstəricisidir. Fevralın 1-i axşam saatlarından başlayan yağış səbəbindən bir çox ərazilərdə ev və iş yerlərini su basıb. Bəzi bölgələrdən vətəndaşların təxliyəsinə qərar verilib. Dərələr daşıb, yollarda irimiqyaslı gölməçələr yaranıb. Sel suları bəzi avtomobilləri aparıb. Bölgədə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Vətəndaşlara mümkün olduğu qədər evlərində qalmaları ilə bağlı xəbərdarlıq edilib.

Yağan leysan yağışları ölkənin Manisa, Aydın, Muğla vilayətlərində də mənfi fəsadlara səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: