“Heç vaxt belə acınacaqlı vəziyyətə düşməmişdik” - Erməni deputat

A- A A+

Ən dəhşətli olanı bir siyasi qüvvənin məsuliyyət daşımamasıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, mövcud hakimiyyət son vaxtlar Ermənistanda xüsusi bir şey olmadığını düşünür.

"Bəs nə baş verib? Sadəcə Qarabağı təslim etdilər, 5000-dən çox övladımız öldü, on minlərlə qarabağlı ermənilər məcburi köçkünə çevrildi, valideynlər ölmüş övladlarının cəsədlərini və ya qalanları axtarırlar, heç olmasa tapsınlar. Ancaq tapa bilmirlər”, - deyə erməni deputat əlavə edib.

O, insanların əvvəllər də Ermənistanı tərk etdiyini, lakin ölkənin heç vaxt bu qədər çətin və acınacaqlı vəziyyətdə olmadığını söyləyib.

Zöhrabyan onu da deyib ki, ölkədə hökm sürən bir çox problemə və ədalətsizliyə baxmayaraq, heç bir hakimiyyət torpağı təslim etməmişdi (söhbət Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən gedir- red).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: