İranda 4 bal gücündə zəlzələ baş verib

A- A A+

Bu gün İranın Kirman vilayətində 4 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi məlumata əsasən Kirman vilayətinin Qalibaf şəhərində baş verən zəlzələ nəticəsində bəzi evlər və ofis binalarına yüngül xəsarət dəyib.

Təcili olaraq hadisə yerinə xilasedici, yanğınsöndürənlər və həkimlər gedib. Hələlik ölən və yaralananlar barəsində məlumat yoxdur.

Qeyd edək ki, ötən il Kirman vilayətində bir neçə dəfə zəlzələ baş verib. Bu vilayət İranın seysmik baxımdan fəal zonası sayılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: