Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir

A- A A+

Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.

NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Marina Ohancanyan deyib.

Bildirilib ki, Koçaryan istintaqın video-lentə alınmasını istəyib. Mətbuat katibinin sözlərinə görə, R.Koçaryanın ifadəsi cinayət işinə əlavə ediləcək: “Ancaq, bu, videoyazının yayılacağı demək deyil”.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı dindirilir. Həmin tarixdə seçkinin nətcələrinin Serj Sarqsyanın xeyrinə saxtalaşdırlmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya güc tətbiqi ilə yatırılıb. Nəticədə 10-dan çox dinc askya iştirakçısı öldürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: