Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin sayı artır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi News.am saytına istinadən xəbər verir ki, Qarabağda aparılan axtarışlar zamanı Ermənistan ordusunun müharibə zamanı itkin düşmüş daha bir hərbçisinin meyiti tapılıb.

Məlumata görə, o, Vətən müharibəsində itkin düşüb. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 355 nəfərə çatıb.

Vətən müharibəsində itkin düşmüş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, Ermənistanın mülki vətəndaşları, əsgərlərin valideynləri və könüllülər də qoşulub.

Daha əvvəl Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapıldığı xəbər verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: