Bayden: “36 milyon amerikalı aclıqdan əziyyət çəkir”

A- A A+

“Yeni növ koronavirus infeksiyasının yaratdığı böhran səbəbindən 36 milyon amerikalı aclıqdan əziyyət çəkir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

“24 milyon yetkin və 12 milyon uşaq sözün əsl mənasında kifayət qədər yeməyə sahib deyil. Bunlar nə demokratlardır, nə də respublikaçılar, onlar amerikalılardır ”, – deyə Bayden əlavə edib.

Prezident ayrıca 15 milyon ABŞ sakininin kirayə pulunu vaxtında ödəyə bilmədiyini də vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: