Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır

A- A A+

Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini də sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala (1Tv.ge) müsahibəsində deyib.

Onun sözlərinə görə, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.

Nazir deyib: “Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına ona riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq”.

Qeyd edək ki, Gürcüstanda son günlər COVID-19 virusuna yoluxmada azalma müşahidə olunur.
Son həftədə yoluxma əhalinin 3,64 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: