Anadolu coğrafiyasında mürəkkəb hava şəraiti Türkiyənin bəzi bölgələrində təsərrüfatın idarə olunmasında ciddi çətinliklər yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkənin şərqində yerləşən bəzi bölgələrdə, o cümlədən Muş, Şırnak və Bitlik vilayətlərindəki dağlıq ərazilərdə qarın hündürlüyü beş metri keçib. Yolları qardan təmizləmək böyük problemə çevrilib. Ağır texnika, eləcə də ekskavator və traktorlar belə yolları aça bilmir. Çox sayda kəndlə gediş-gəliş əlaqəsi kəsilib. Qar və güclü külək elektrik xətlərini davamlı olaraq zədələyir.