Türkiyənin Sivas vilayətinin Gemerek rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar fevralın 8-də yerli vaxtla saat 01:01-də qeydə alınıb. Zəlzələni böyük təşvişlə qarşılayan əhali küçələrə axışıb. Çox sayda vətəndaş küçə və meydanlarda ocaq qalayıb açıq havada qalıb.
İkinci yeraltı təkan isə təxminən iki saat sonra 3.9 bal gücündə Kayserinin Sarıoğlan rayonunda baş verib.
Qeyd edək ki, Anadolu bölgəsində seysmoloji gərginliyin artması böyük narahatlıq yaradır.