Rusiyadakı ermənilər ölkələrinə qayıtmaq istəmir

A- A A+

Bu günlərdə Rusiya Ermənistanla hava əlaqələrini bərpa etdikdən sonra maraqlı hadisələr yaşanır.

Belə ki, İrəvandan Moskvaya və digər şəhərlərə axın olsa da, pandemiya dövründə Rusiyada qalmış ermənilər öz ölkələrinə qayıtmaq istəmirlər. Onlar Rusiyada qalmağa üstünlük verirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı diqqətçəkən bir foto paylaşılıb. Fotodan görünür ki, Rusiyadan Ermənistana yola düşən təyyarədə cəmi bir sərnişin olub. Halbuki, ermənilərin ən çox yaşadığı və gediş-gəliş etdikləri ölkələrdən biri məhz Rusiyadır.

Erməni ekspert Vitali Manqasaryan deyib: “Bu, 4277 nömrəli Moskva-İrəvan reysidir. Boinq-747 təyyarəsi maksimum 5 faiz yüklənib. Ermənilər Rusiyadan vətənlərinə belə “qayıdırlar”. Fotonu Nikola və Makunça (Erməni deputat Lilit Makunç-red.) göndərin ki, onlar da bu reallığı görsünlər”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: