Ermənistan ordusunda fərarilik və silah oğurluğu halları artır

A- A A+

Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerinə qayıtmaqdan imtina edib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin əsgəri Qor Asadyan yanvar 21-i tarixində məzuniyyətdən qayıtmalı olduğu halda, bu günədək xidmət yerinə gəlməyib.

Fərarilik faktı hüquq-mühafizə orqanlarından gizlədilsə də, hərbi polis əsgərin tapılması və xidmət yerinə qaytarılması ilə bağlı tədbirlər görür.

Bununla yanaşı, Ermənistan ordusunun hərbi hissələrində son vaxtlar tez-tez silah itməsi, yaxud oğurlanaraq satılması qeydə alınıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin 5-ci Ordu korpusunun həmlə-desant taborunda keçirilən yoxlama zamanı bir ədəd atıcı silahın “itməsi” qeydə alınıb.

Komandanlıq faktla bağlı hələlik hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: