Türkiyədə barmaq izlərini tanıyan yeni sistemin istehsalı son mərhələyə çatıb

A- A A+

Türkiyənin “BİYOTEKSAN” şirkətinin (biometrik cihaz qayırma) istehsal etdiyi yeni barmaq izləri tanıyan sistemində son işlər başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, barmaq izləri tanıyan yeni biometrik sistem cari ilin mart ayında Türkiyə Daxili İşlər Nazirliyinin istifadəsinə veriləcək. Bildirilir ki, bu sistemin tamamlanmasından sonra Türkiyə biometrik cihazqayırmada dünyanın aparıcı yeddi ölkəsindən biri olacaq. Bu sistemə barmaq izlərinin tanınması, biometrik sənədlərin hazırlanması, onların oxunması, tanınması və s. eyni təyinatlı avadanlıqların milli istehsalı daxildir. Milli biometrik cihazların geniş tətbiqi sayəsində dövlət qurumlarında və özəl sektorda vahid sistem formalaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: