Ermənistanda benzinə və qaza olan qiymət durmadan artır

A- A A+

“Son bir ildə inflyasiya görünməmiş həddə çatıb. Həyat əhəmiyyətli məhsullarla yanaşı benzinin qiyməti bir ildə 100 dram artdı”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri ölkədə davam edən sürətli inflyasiya barədə yazarkən qeyd edib. Erməni nəşri yazır ki, son qiymət artımı iki-üç gün əvvəl qeydə alınıb. “1 litr adi benzin 370 dramdan 390-a, super yanacaq isə 390-dan 410 drama qədər artıb və hələ də daha bahalanma meyilləri qalmaqda davam edir”,- qeyd edən qəzet onu bildirir ki, sıxılmış qazın da qiyməti 500-600 dram bahalaşıb.

“Hraparak” qeyd edir ki, iqtisadçılar bunu, əsasən, dolların bahalaşması, dünya bazarında qiymətlərin artması, aksiz dərəcələrindəki dəyişikliklərlə əlaqələndirsələr də, artımın əsas faktoru Ermənistan bazarında inhisarçılığın artması ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: