"Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur" - Ermənistanın XİN başçısı

A- A A+

Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə XİN rəhbəri Ara Ayvazyan fevralın 10-da parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.

O xatırladıb ki, Türkiyə uzun illərdir ki, Qarabağda status-kvonun dəyişdirilməsini tələb edərək, Ermənistanla sərhədləri bağlı saxlayır. "İndi bu status-kvo dəyişib, həm də güc yolu ilə dəyişib", - o deyib.

“Türkiyə dünya ictimaiyyətinin təzyiqi altında gec-tez sərhədi açmalı olacaq. Eyni zamanda, biz başa düşürük ki, sərhədlərin açılması həm imkanları, həm də riskləri ehtiva edir. Buna əsaslanaraq Ermənistan və onun hakimiyyəti təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün əlindən gələni edəcək", - Ayvazyan bildirib.

Eyni zamanda o hesab edir ki, Türkiyənin Cənubi Qafqazda hazırkı hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər və çağırışlar yaradır. Nazir Qarsda Türkiyə və Azərbaycanın təlimlərinə bu kontekstdə baxır. Ermənistan cəmiyyəti və diplomatiyası istənilən ssenari və çağırışlara hazır olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: