Çinin kosmik aparatı Mars orbitinə çatıb

A- A A+

Çin “Tyanven-1” pilotsuz kosmik aparatı fevralın 10-da Marsın ilkin elliptik orbitinə yetişib və hərəkət trayektoriyasının korreksiyasına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hazırda Mars zondu Qırmızı planetin səthindən 400 kilometr hündürlükdə yerləşir.

Aparat buraxıldığı andan 470 milyon kilometr məsafə qət edib (Günəşin qravitasiya sahəsi səbəbindən Mars və Yer arasında birbaşa uçuş xətti olmadığından daha uzun – elliptik, parabolik və hiperbolik trayektoriya seçilir). Zond Mars orbitinə çıxan zaman planetimizdən 190 milyon kilometr uzaqlaşıb. Onun may-iyun aylarında Utopiya düzənliyinin cənub hissəsinə yumşaq eniş edəcəyi gözlənilir. Planetin bu hissəsində qrunt sularının olması ehtimal edilir. Mars zondu torpağın, ionosferin və iqlimin tədqiqi ilə məşğul olacaq.

“Tyanven-1” iyulun 23-də buraxılıb və 200 gündən çoxdur uçuşdadır. Missiyanın uğurlu alınacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsın gələcəkdə insan həyatı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: