Ərdoğan “CoronaVac”ın ikinci dozası ilə peyvənd olunub

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin ikinci dozası ilə aşılanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Dövlət başçısı yanvarın 14-də peyvəndin birinci dozası ilə vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: