NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vətən müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.
Məlumata görə, erməni hərbçilərin meyitləri Füzuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.
Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.