NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid Yerə doğru hərəkət edir

A- A A+

Astronomik adı 231937 (2001 FO32) olan, potensial baxımdan təhlükəli hesab edilən kosmik obyekt Yer kürəsinə doğru hərəkət edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Göy cismi hələ 2001-ci ildə kəşf olunub. Həmin vaxt tədqiqatçılar asteroidin diametrinin 0,8-1,7 kilometr təşkil etdiyini müəyyənləşdiriblər. Bu ölçünü San-Fransiskoda Qızıl Qapılar körpüsü ilə müqayisə etmək olar.

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) məlumatına görə, səma cismi Qrinviç meridianı üzrə 21 mart 2021-ci ildə Bakı vaxtı ilə saat 17:03-də planetimizə maksimal yaxın - təxminən iki milyon kilometr məsafədə olacaq.

Agentlikdə qeyd ediblər ki, 231937 (2001 FO32) bu il Yer kürəsinin yanından keçəcək ən böyük asteroid olacaq. Onun sürəti saatda 77 000 mil (124 000 km/saat) təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: