Erməni nazir müavini: “Njdenin təbliği faşizmdir”

A- A A+

Ermənistanın təhsil və elm nazirinin müavini Janna Andreasyanın faşist Qaregin Njde ilə bağlı açıqlaması erməni cəmiyyətində hiddətlə qarşılanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni jurnalistlər və ictimai fəallar onun videomüsahibəsini paylaşaraq nazir müavinini Azərbaycanın xeyrinə təbliğat aparmaqda ittiham edirlər.

Andreasyan bəyan edib ki, Ermənistanın "milli qəhrəmanı" Qaregin Njdenin təbliğatının aparılması faşizmdir və bu, çox təhlükəlidir.

Onun fikirləri ölkəsində birmənalı qarşılanmayıb, faşizmin tərəfdarları nazir müavininin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Qeyd edək ki, son vaxtlar Njde Qaregin kimi faşistin adının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini göstərir. Eyni zamanda Ermənistanın faşizmin qəhrəmanlaşdırılması kimi əməlləri, 28 may 2016-cı il tarixində ölkə rəhbərliyinin iştirakı ilə N.Qareginə İrəvanın mərkəzində böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: