Ermənistanda növbədənkənar parlament seçkiləri iyunda keçiriləcək

A- A A+

"Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin iyununda keçiriləcək".

NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bunu müxalifətdə olan İşıqlı Ermənistan Partiyasının sədri və eyniadlı fraksiyanın başçısı deputat Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, hakim siyasi qüvvə o müddətədək reytinqini yüksəldəcəyini düşünür.

Qeyd edək ki, hakim “Mənim addımım” fraksiyası Ermənistanı düşdüyü böhranlı vəziyyətdən çıxarmaq üçün hazırladığı “yol xəritəsi”ni iyun ayında yekunlaşdırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: