“Hazırda Ermənistan cəmiyyəti bundan sonra dövlətin olmayacağına alışmaqdadır". NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri keçmiş millət vəkili, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin keçmiş üzvü Karen Bekaryan deyib.
O, qeyd edib ki, bu, siyasi, hüquqi, mənəvi və ümumiyyətlə, bütün baxımdan mütləq bir ayıbdır.
“Mütləq bir utancla qarşılaşırıq və bu, birinci, ikinci, üçüncü deyil. Bu, siyasi, hüquqi, mənəvi olmaqla, bütün baxımdan, bütün mənalarda mütləq bir ayıbdır və təbii ki, digər tərəfdən, bu, bir daha hüquqi proseslər baxımından gələcəyə etiraf ifadəsidir",- deyə Bekaryan bildirib.
Siyasi qüvvələrə gəldikdə isə, Bekaryan deyir ki, siyasi qüvvələrin biri tez, digəri yavaş, üçüncüsü tələsik, dördüncüsü dərindən, ən azından bəzi şəxslərin adından hərəkət edir. O, həmçinin bildirib ki, cəmiyyət dövlət gücünə və dövlətə sahib olmaya biləcəyinə alışır.
Bekaryan bu barədə təəssüflə danışdığını qeyd edib, ancaq, "başqa cür ifadə edə bilmirəm",- deyə etiraf edib.
Xatıladaq ki, ötən ilin payızında imzalanan üçtərəfli müqavilədən sonra Ermənistanda vəziyyət tamamilə dəyişib və bu dövlətin daxilində gedən proseslər erməni vətəndaşların öz dövlətinə inamsızlığını isbat edir. İsbat edir ki, adi vətəndaşlar dövlətdən heç nə gözləmir, gözləntiləri yalnız Rusiyanın, Fransanın timsalında xarici dövlətlərdəndir.
Ermənistan üçün acınacaqlı məğlubiyyətlə nəticələnən 44 günlük müharibədən sonra itkin düşən əsgər valideynlərinin öz övladlarının cəsədlərinin tapılması üçün Rusiyadan, bu ölkənin prezidentindən kömək umması təsdiq edir ki, Bekaryanın dediyi kimi, vətəndaşları Ermənistan dövlətinin, hakimiyyətinin yoxluğuna, bundan sonra da olmayacağına artıq alışmaqdadır.