“MV Mozart” gəmisinin dəniz quldurları tərəfindən girov götürülmüş heyət üzvləri xilas edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 23-də Nigeriya sahillərində “MV Mozart” gəmisinin dəniz quldurları tərəfindən girov götürülmüş 15 heyət üzvü xilas edilib.

Türkiyə vətəndaşları olan heyət üzvlərinin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilir. Onların yaxın iki-üç gün ərzində İstanbula gətiriləcəkləri gözlənilir.

Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: