Ermənistanda 3 nəfərdən biri yoxsuldur

A- A A+

Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan fevralın 13-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.

Keçmiş nazir müavini dövlət borcunun 10 milyard ABŞ dollarına çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: