Türkiyə Silahlı Qüvvələrinin birlikləri tərəfindən İraqın şimalında yerləşən Gara bölgəsində ələ keçirilən PKK mağaralarında aşkarlanan cəsədlərin 10 nəfərinin şəxsiyyəti müəyyən edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Malatya vilayətinin valisi Aydın Baruş məlumat verib. Vali bildirib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyən edilməsi üçün fəaliyyət davam edir. Araşdırma və müayinə zamanı təsdiq olunub ki, cəsədləri aşkar edilən Türkiyə vətəndaşları PKK tərəfindən məqsədli şəkildə qəddarcasına qətlə yetiriliblər.