Türkiyəyə güclü qar yağıb - VİDEO

A- A A+

Türkiyənin mərkəzi hissəsinə, o cümlədən paytaxt Ankaraya güclü qar yağıb. NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaranıb, yolların buz bağlaması səbəbi ilə yol qəzalarının sayı artıb.

Xatırladaq ki, dünən də İstanbula güclü qar yağıb, çərşənbə gününə qədər təhsil müəssisələrində dərslər ləğv edilib və Bosfor boğazı boyunca gəmi hərəkəti dayandırılıb. Hazırda şəhərə yağan qar azalıb, ancaq avtomobillərin hərəkətində çətinlik davam edir. Yolların qardan təmizlənməsi işi aparılır. Hava limanları normal qaydada işləyir.

Sinoptiklər İstanbulda və Türkiyənin mərkəzində qar yağışının beş günə qədər davam edə biləcəyini proqnozlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: