Prezidentdən vətəndaşlara çağırış: “Uşaqlarınızın sayı 2-dən çox olmasın”

A- A A+

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ölkə sakinlərinə müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, ölkə vətəndaşlarını 2-dən artıq uşaq sahibi olmamağa səsləyib.

“Hər ailədə 2-dən artıq uşaq böyük problemdir və hamı bilməlidir ki, əhalinin sürətlə artması ciddi təhlükədir. Biz əhalinin artmının qarşısını alacaq proqram üzərində çalışırıq. Əhalinin artımı əlimizdə olan resurslara müvafiq olmalıdır”, - deyə prezident deyib.

O, 100 milyon əhalisi olan Misirdə ildə 2 milyon körpənin anadan olduğunu söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: