Erməni KİV-ləri: Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ermənistan KİV-ləri sabiq prezident Robert Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Robert Köçəryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Robert Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə etdi.

Qeyd olunur ki, 1998-ci ildə Robert Köçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal etdilər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olundular və sui-qəsdlərə məruz qaldılar. Robert Köçəryan və Serj Sarkisyan parlamentdə o, cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirdi. Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: