Türkiyə ərazisində zəlzələ olub

A- A A+

Türkiyənin Tunceli vilayətinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə 13:02-də qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: