“Hərbçilərimizin təminatı biabırçı vəziyyətdə idi” - Erməni fəal

A- A A+

Erməni ictimai fəal, İkinci Qarabağ müharibəsində iştirak etmiş Manvel Kostandyan ordudakı vəziyyətdən şikayətlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, Qarabağdakı döyüşlər zamanı erməni hərbçilərin təminatının biabırçı vəziyyətdə olduğunu deyib.

"Sən demə, hökumət müharibə zamanı 600 dollara güllə keçirməyən xüsui zirehli jiletlər alıbmış. Bu, indi məlum olur. Buna görə iki sualım var. O güllə keçirməyən jiletlər haradadır? Onlar hansı zirehli jiletlərdən alıblar ki? Halbuki bazarda normal zirehli jilet bu qiymətdən iki dəfə ucuzdur".

Başqa bir döyüş iştirakçısı, ictimai fəal Varazdat Arutyunyan isə deyib ki, onlara normal geyim belə verməyiblər, nəinki zirehli jilet: "Bilmirəm nə qədər yeni zirehli jilet və dəbilqə alıblar, amma onu dəqiq bilirəm ki, bizə köhnə zirehli geyim belə çatmamışdı. Döyüşlərdə iştirak etmiş bir çoxu bu çağırışı çox eşidib: uşaqlar, qollarınızla boynunuzu qoruyun. Döyüş meydanında yalın qolla boyun qorumağın nə olduğunu anlayırsız?"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: