Ermənistanın II Qarabağ müharibəsindəki itkilərinin yeni sayı açıqlanıb

A- A A+

Ermənistan ordusunun 44 günlük döyüşlərdə ölən hərbçilərinin meyitlərinin məhkəmə-tibbi ekspertizasının aparılması davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. Onların 2 364-nün adları açıqlanıb. Noyabrın 13-dən fevralın 17-dək Qarabağda aparılan axtarış nəticəsində 1 485 nəfərin meyiti tapılıb.

Məlumata görə, fevralın 13-dən 428 nümunə DNT analizindən keçmə mərhələsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 44 günlük döyüşlərdə ölən Ermənistan hərbçilərinin sayının 4 mindən çox olmadığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: