NASA-nın aparatı Marsa eniş edib

A- A A+

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus "Perseverance" aparatı Marsa eniş edib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: "Biz "Perseverance" aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq".

Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: