Ohanyan hamını sabahkı mitinqə çağırdı

A- A A+

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan hamını sabah keçiriləcək müxalifətin mitinqində iştirak etməyə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ohanyan “Facebook” səhifəsində yazıb.

“Sabah hamımız bir yumruq halına gələrək saat 15:00-da Azadlıq meydanına gedirik. Təslim olan hakimiyyət ölkəni məhvə aparır. Birləşməli və dövlətimizin, xalqımızın, doğma torpağımızın qorunması üçün ayağa qalxmalıyıq”, - deyə Ohanyan əlavə edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin “Vətənin qurtuluşu hərəkatı” sabah İrəvanda böyük mitinq keçirməyi planlaşdırır.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: