Ermənistanda müxalifətçilər Paşinyan əleyhinə mitinq ərəfəsində saxlanılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti dünən axşam Yerevanda bir sıra müxalifət xadimlərini saxlayıb.

Qeyd edilir ki, saxlanılanlardan biri Ermənistan parlamentinin sabiq deputatı, politoloq Karen Bekaryandır. Eyni zamanda politoloq Anjela Elibeqova, ölkə parlamentinin aparatının rəhbəri olmuş Ara Saqatelyan da saxlanılıblar.

Müxalifətçilərin vəkilləri KİV-ə bildiriblər ki, Milli Təhlükəsizlik Xidməti saxlanılmaların səbəbləri haqqında informasiya vermir, onları müdafiə edilənləri görüşə buraxmır, həmçinin müxalifətçilərin evlərində və ofislərində axtarışlar aparılıb.

Vəkillərin dediyinə görə, daha üç nəfər saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar daha əvvəl mövcud hakimiyyətə qarşı fikirlər səsləndiriblər, həmçinin baş nazir Nikol Paşinyanın istefasının zəruriliyi haqqında bildiriblər.

Bu gün Yerevanda müxalifətin Paşinyanın istefası tələbi ilə növbəti kütləvi mitinqi planlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: