Ermənistanda müxalifətin mitinqi ərəfəsində həbslər başlayıb

A- A A+

Yerevanda "Veto" müxalifət hərəkatının lideri Narek Malyan saxlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, polislər müxalifətçini şəhərin mərkəzi küçələrinin birində saxlayıblar.

Qeyd edək ki, ötən gün sabiq deputat Karen Bekaryan, parlament aparatının sabiq sədri Ara Saqatelyan və daha iki nəfər Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Onlar "Facebook"da saxta hesablar vasitəsilə Nikol Paşinyanı sərt tənqid etməkdə ittiham olunub. Hüquq-mühafizə orqanları müxalifətçilərə qarşı hərbi vəziyyət müddətində senzura qaydalarını pozmaq ittihamını irəli sürüb.

Xatırladaq ki, bu gün Yerevanda N.Paşinyanın istefası tələbi ilə genişmiqyaslı mitinq elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: