Türkiyədə mebel fabrikində partlayış baş verib

A- A A+

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda mebel fabrikində güclü partlayış baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin məlumata əsasən, partlayış fabrikin buxar qazanında meydana gəlib. Hadisə nəticəsində işçilərdən biri həlak olub, altısı yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Əhali arasında təşvişə səbəb olan partlayış ətraf bölgələrdə də hiss edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: