Əbu-Dabidə “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisi açılıb - FOTOLAR

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Milli Sərgi Mərkəzində “IDEX-2021” Beynəlxalq müdafiə sənayesi sərgisinin açılışı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərgidə dünyanın 900-dən çox şirkəti iştirak edir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi sərgidə ilk dəfə İsrail, Lüksemburq, Portuqaliya və Şimali Makedoniya da təmsil olunur. “IDEX” və “NAVEX” sərgilərində müdafiə sənayesi sahəsində texnikanın və innovativ texnologiyaların ən son nailiyyətləri təqdim edilir. Bundan başqa, ölkələr və şirkətlər arasında qarşılıqlı əməkdaşlığa dair danışıqlar da aparılır.

Sərgi fevralın 25-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: