Ermənilər işə gedən Paşinyanı təhqirlə qarşıladılar - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ermənistan müxalifəti aksiya keçirərək baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasını əngəlləməyə çalışıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əraziyə gətirilən minlərlə polis müxalifət qarşısını alıb, etirazçılar istəklərinə nail ola bilməyiblər.

Hökumət binasına yaxınlaşan Paşinyan mühafizəçilərin müşayəti ilə ehtiyatlı şəkildə Respublika Meydanından keçərək gedib. Etirazçı kütlə onu ağır söyüşlərlə qarşılayıb.

Aksiya iştirakçıları “Vətən xaini”, "Nikol satqındır", "Anadan türk doğulan" və bu kimi şüarlar səsləndiriblər. Paşinyan buna məhəl qoymayaraq, yoluna davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: