Ermənistanda aksiya iştirakçıları universitet binasını zəbt ediblər - FOTOLAR

A- A A+

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nümayişçilər fevralın 24-də Ermənistan Dövlət İqtisad Universitetinin binasına daxil olublar. Polis onlara maneə olmaq istəsə də, kütlə polisin müqavimətini qıraraq universitet binasına daxil ola bilib.

Aksiya iştirakçıları universitetin professor və müəllimlərini, eləcə də, tələbələri etirazlara qoşulmağa və vətəndaş itaətsizliyinə dəvət ediblər.

Müxalifətin “Vətənin xilası hərəkatı”nın üzvü Geqam Manukyan əhalini fevralın 25-də Yerevanın müxtəlif ərazilərində kütləvi etiraz aksiyaları təşkil etməyə çağırıb. Bildirib ki, fevralın 26-da ölkədə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə avtoyürüş keçiriləcək.

Qeyd edək ki, Yerevanda iki gündür davam edən aksiyalar zamanı 100-ə yaxın aktivist həbs olunub. Onların bir çoxu azadlığa buraxılsa da, 20-dən çoxu fəal hələ də həbsdə saxlanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: