“Android” smartfonları təxirə salınmış mesajlar göndərə biləcəklər

A- A A+

“Android” sisteminin idarəetməsi altında işləyən smartfon sahibləri "Mesajlar" proqramını yeniləyə bilərlər. “Google” şirkəti yeniləmədə kiçik düzəlişlərdən başqa ona təxirə salınmış SMS göndərmək imkanını əlavə edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, sözügedən funksiya “Telegram”la oxşar şəkildə işləyir: istifadəçi mesajı yazır, bundan sonra onun "adresat"a çatacağı vaxtı müəyyənləşdirir. Yeni funksiya “Android 7” və yuxarı versiyaların idarəetməsi altında işləyən bütün qurğularda əlçatandır. Proqramın yeni versiyasını “Google Play” proqramlar mağazasından yükləmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: