İrəvanda toqquşmalar başlayıb...- Hökumət və müxalifət tərəfdarları meydanda üz-üzə gəlib - FOTOLAR

A- A A+

Ermənistanda hökuməti və müxalifəti dəstəkləyən qüvvələrin eyni vaxtda meydanlara axışması toqquşmalara səbəb olub. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan hərbi çevriliş cəhdinə qarşı tərəfdarlarını meydanda toplanmağa çağırıb. O, yerli vaxtla saat 16:00-da canlı yayımda çıxış edəcəyini vəd edib. Baş nazir mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağına əmin edib.

Müxalifətin keçmiş hökumətinin lideri Vazgen Manukyan da saat 15:00 radələrində qiyamçı hərbçilərə dəstək verməyə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni mətbuatına istinadən xəbər verir ki, qarşı-qarşıya duran qüvvələrin tərəfdarlarını eyni vaxtda küçəyə çağırması gərginliyə səbəb olub. İrəvanın mərkəzində opera binasının yaxınlığında onların arasında toqquşmalar baş verib. Polis güc tətbiq edərək dalaşanları ayıra bilib. Paytaxtda vəziyyət gərgin olaraq qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: