Paşinyan yenə tərəfdarlarını mitinqə çağırdı

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını sabah saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Paşinyan "Facebook" hesabından etdiyi canlı yayımda bildirib. Onun sözlərinə görə, Ermənistan prezidenti Baş Qərargah rəisi Onik Qasparyanın istefası ərizəsini imzalamaqdan imtina edərək anlaşılmaz qərar verib. Paşinyan sabahkı mitinqdə bu mövzuya toxunacağını söyləyib.

O, eyni zamanda hakimiyyətin cəmiyyəti yeni toqquşmalara və növbəti "1 Mart" hadisələrinə aparması barədə danışıqların əsassız olduğunu hesab edib və həmin faciəli hadisələrdə səhifəsinin birdəfəlik bağlandığını qeyd edib.

Mitinqdə baş nazir, həmçinin "1 Mart" işi üzrə məhkəmə prosesindən və hərbi çevriliş cəhdindən danışacağını deyib.

"Prezidentin qərarının əsassız olduğunu, heç bir hüquqi əsasının olmadığını göstərəcəyəm və bu, müəyyən nəticələr çıxara bilən çox əhəmiyyətli bir söhbət olacaq".

Baş nazir mitinqdə məhkəmə sistemi və Ali Məhkəmə Şurasının fəaliyyətinə də toxunulacağını vurğulayıb.

"Baş Qərargahın tamamilə qəbuledilməz bir siyasi bəyanatından bəhs edirik, eyni zamanda bir neçə ay əvvəl Ali Məhkəmə Şurasının eyni dərəcədə qəbuledilməz açıqlama verdiyini unutmamalıyıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: