Rusiyada bir ailənin dörd üzvünü qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri arasında Ermənistan vətəndaşı da var

A- A A+

Ermənistan vətəndaşı Rusiyada bir ailənin dörd üzvünün qətlə yetirilməsində təqsirli bilinir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Nijni Novqorod vilayətinin Kudma qəsəbəsində bir ailənin dörd üzvü – 5 yaşlı uşaq, anası, nənə və babası qətlə yetirilib. Ailənin digər üzvü - 13 yaşlı qız hadisə zamanı idman zalında, ata isə ezamiyyətdə olub. Hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.

Qətli törədənlərin ailənin yaşadığı evdə təmir işləri məşğul olan şəxslər, o cümlədən Ermənistan vətəndaşı Armen Atabekyan olduğu müəyyənləşdirilib. Cinayətdə şübhəli bilinən dəstə üzvləri oğurladıqları avtomobillə hadisə yerindən qaçmağa çalışarkən Vladimir vilayətində saxlanılıblar.

Faktla bağlı təhqiqat aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: