Fransanın sabiq prezidenti Nikola Sarkozi 3 il həbs cəzasına məhkum olunub

A- A A+

Paris Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya ittihamı üzrə təqsirli bilib.

NUHÇIXAN İnformasiya Agentliyi BFM telekanalına istinadla xəbər verir ki, Sarkozi 3 il müddətinə həbs cəzasına məhkum edilib. Bunun bir ili real həbs cəzası, iki ili isə şərti cəzadır. Prokurorluq Sarkozi üçün 4 il həbs cəzası istəmişdi.

2007-2012-ci illərdə Fransa prezidenti olan Sarkozi məhkəmənin gedişində bütün ittihamları rədd edib. Bu, ölkənin müasir tarixində eks prezidentin müttəhimlər kürsüsündə əyləşdiyi ilk məhkəmə prosesidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: